Rumıniyanın gözqamaşdıran deputatı
16 Mart 2014 Bazar 02:23
Sosial Demokrat Partiyasının millət vəkili Katalina Stefanesku geyim tərziylə yerli mətbuatda müzakirə mövzusu olub.
Rumıniyada koalisiya ortağı Sosial Demokrat Partiyasının millət vəkili Katalina Stefanesku geyim tərziylə yerli mətbuatda müzakirə mövzusu olub.

ANS PRESS-in xəbərinə görə, 26 yaşlı Stefaneskunun əvvəllər "başıaşağı" olduğu, tünd rənglərdə paltarlar geyindiyi, lakin son dövrlərdə isə açıq geyinməyə başladığı bildirilir.

Onun partiyanın baş katibi Liviu Draqnea ilə yaxınlıq etdiyi deyilir. Stefaneskunun ötən günlərdə geyindiyi mini ətək barəsində yerli mətbuat bunu yazıb:
"Onun bu geyimi siyasi müzakirələrdən bezən millət vəkillərinin bir anlıq da olsa problemlərdən uzaqlaşmalarına kömək oldu".

Qeyd edək ki, Stefanesku baş nazir Viktor Ponta liderliyindəki yeni kabinet, dövlət prezidenti Trian Basesku və müxalifətdəki Demokrat Liberal qrup tərəfindən tənqid hədəfi olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar