Rumıniyada prezidentin impiçmenti haqda referendum başlayıb
29 İyul 2012 Bazar 11:48
Bu gün Trayan Beseskunun talehi həll olunacaq.
Bu gün Rumıniya prezidenti Trayan Beseskunun talehi həll olunacaq. Agence France-Presse yazır ki, bu gün ölkədə prezidentin vəzifəsindən gedib-getməməsi ilə bağlı referendum keçirilir. Səsvermədə qeydiyyatdan keçmiş 18 milyondan artıq insan iştirak edəcək. Referendumda Rumıniyanın müxtəlif ölkələrində olan diasporlar, eləcə də ölkənin Qara dəniz sahili hissəsində istirahət edənlər üçün əlavə seçki məntəqələri açılıb.
Referendum seçicilərin 50 faizdan artığının iştirakı ilə baş tutmuş hesab ediləcək. Aparılan sorğuya əsasən, prezidentin impiçmentini əhalinin təxminən üçdə ikisi dəstəkləyir.
Trayan Beseskunun impiçmenti haqda qərarı ölkə parlamenti hələ iyul ayının 6-da çıxarmışdı. Mayda parlament seçkilərində qalin gələn “Sosial-liberal alyans” dövlət başçısını hökumətinin işinə müdaxilə, iş adamlarının himayə etməsi, korrupsiya və digər qanun pozuntularında ittiham etmişdi. Parlamentin qərarını isə Konsitutsiya Məhkəməsi təsdiqləmişdi.
2004-cü ildən hakimiyyətdə olan T. Beseskunun istefası haqda söhbətlər hələ 2007-ci ildən gəzirdi. Həmin vaxt vətəndaşların 75%-dan 78%-ı onun impiçmenti əleyhinə səs vermişdi.
DOSTLARINLA PAYLAŞ: