Rumıniya prezidenti Moldovanı Rumıniya erazisi adlandırdı
02 Yanvar 2014 Cümə Axşamı 21:58
Prezident Trayan Basisto bunu Yeni il münasibetile xalqa etdiyi tebrikle bağlı müracietinde bildirib.
2014-cü ilde Rumıniya açıq şekilde Moldova torpaqlarının Rumıniya erazisi olduğunu beyan etdi. ANS PRESS-in melumatına göre, bu barede Moldovanın “omeqa” saytı melumat yayıb. Rumıniya prezidenti Trayan Besesku bunu Yeni il münasibetile xalqa etdiyi tebrikle bağlı müracietinde bildirib: “Qoy biz 2014-cü ilde Moldova erazilerinin Rumıniya torpaqları olduğu açıq şekilde beyan ede bilek. Moldova Rumıniya tarixi, medeniyyeti, dili, xalqı ile elaqelidir”.

Öten ilin sonunda Rumıiya prezidenti öz ölkesi ile Moldovanın birleşmesini teklifini ireli sürmüşdü. O, bunu Avropa Birliyi ve NATO-ya daxil olduqdan sonra heyata keçirmeyin vacib olduğunu qeyd etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar