Roza Otunbayeva Qırğızıstan prezidenti oldu
03 İyul 2010 Şənbə 10:50
Bu gün Roza Otunbayevanın inauqurasiya mərasimi keçirilib.
Qırğızıstanın müvəqqəti başçısı seçilən Roza Otunbayeva bu gün vəzifələrinin icrasına başlayır. ANS PRESS-in Otunbayevanın prezident kimi andiçmə mərasimi paytaxt Bişkekdəki Milli Filarmoniyada keçirilib. Yeni prezident inauqurasiya mərasiminə prezident kortecinin müşayiəti ilə gəlib.

Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının sədri Akılbek Sarıyev referendumun rəsmi, yekun nəticələrini elan edib. Bəlli olub ki, səsvermədə iştirak edən qırğızların 90 faizi yeni redaktə olunmuş Konstitusiyanı və keçid dövrü üçün Roza Otunbayevanın prezidentliyini müdafiə ediblər.
Yeni seçilən prezident Qırğızıstan xalqı qarşısında Konsitutsiyaya əl basaraq and içib. Bundan sonra Sariyev dövlət başçısına prezident vəsiqəsini, döş nişanı və prezident ştandartını (bayraq) təqdim edib.

Prezident simvolu və bayraq 2005-ci ildə hazırlanan dövlət simvolları formasında dizayn edilib. Bu simvollar ilk dəfə 14 avqust 2005-ci ildə Kurmanbek Bakiyevə təqdim edilib. Prezidentin döş nişanı qızıldan və gümüşdəndir.

Xatırladaq ki, xanım Otunbayeva dövlət başçısı vəzifəsinə 27 iyunda keçirilən referendum zamanı seçilib və o bu vəzifəni 1,5 il, yəni 2011-ci ilin dekabrna kimi yerinə yetirəcək.
Otunbayeva Mərkəzi Asiyada ilk xanım prezidentdir. Belə ki, SSRİ dağılandan sonra bu regiondakı keçmiş müttəfiq respublikalarda yalnız kişi siyasətçilər prezident olublar. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar