Roza Otunbayeva Qırğızıstan prezidenti oldu
28 İyun 2010 Bazar Ertəsi 10:35
Qırğızlar parlament respublikasının lehinə səs verdilər. Roza Otunbayeva Qırğızıstan prezidenti oldu.
İyunun 27-də Qırğızıstanda keçirilən referendumun ilkin nəticələri açıqlanıb. Ümumxalq səsverməsində iştirak edən insanların böyük qismi prezidentin səlahiyyətlərini məhdudlaşdıran, demokratik seçki sayəsində formalaşan parlamentin səlahiyyətlərini genişləndirən referendumun lehinə səs veriblər. Bununla da qırğızlar yeni hökumətə etimadı ifadə edib və son aylardakı ölkənin əziyyət çəkdiyi iğtişaşlardan, milli-etnik qarşıdurmadan bezdiklərini ortaya qoyublar.

Konstitusiyaya dəyişikliklərlə bərabər seçicilər həm də müvəqqəti hökumətin başçısı Roza Otunbayevanın 2011-ci ilin sonuna kimi prezident postunda qalmasına da səs veriblər. Referendumda bu iki sual birləşdirilib və seçicilərdən sadə cavab tələb olunub: “hə”, yaxud “yox”.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, referendumda iştirak edən seçicilərin 90 faizi səsverməyə çıxarılan konstitusiya dəyişikliyini dəstəkləyiblər. Bu ana olan məlumata görə, bülletenlərin 60 faizi artıq sayılıb. Yeni konstitusiyaya uyğun olaraq Qırğızıstan prezident respublikasından parlament respublikasına çevrilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar