Roza Otunbayeva bu gün prezident kimi and içəcək
03 İyul 2010 Şənbə 01:40
Roza Otunbayeva növbəti parlament seçkilərinə və yeni baş nazir təyin olunanadək hökumətə də başçılıq edəcək.
Bu gün Bişkekdə Roza Otunbayeva Qırğızıstan prezidenti vəzifəsinə başlaması ilə bağlı mərasim keçiriləcək. Bu barədə məlumatı RİA “Novosti”yə ölkənin müvəqqəti hökumətinin mətbuat xidmətinin nümayəndəsi verib.
Ötən həftənin bazar günü-iyunun 27-də Qırğızıstanda ümumxal səsverməsi keçirilib. Səsvermə məntəqələrinə gələn vətəndaşların 90 faizdən çoxu Roza Otunbayevanın səlahiyyətlərini təsdiqləyib və ölkənin müvəqqəti hökumətinə etimad göstərib. Bundan başqa, plebisit yolu ilə yeni Konstitusiya qəbul edilib. Bununla da Qırğızıstanda dövlət hakimiyyəti bu ilin oktyabrında partiya siyahısı üzrə formalaşdırılacaq parlamentə keçib. 120 deputatdan ibarət qanunverici orqan baş nazir və hökumət üzvlərini təyin edəcək.
Bu günkü mərasimdə Roza Otunbayevaya Qırğızıstan Respublikası prezidentinin vəsiqəsi, döş dişanı və bayrağı təqdim ediləcək. O, xalq qarşısında and da içəcək. Milli filarmoniyanın Böyük zalında keçiriləcək mərasim aparıcı telekanallar və milli radio ilə canlı yayımlanacaq. Tədbirə hökumət üzvləri, regionların, mərkəzi idarə və müəssisələrin, iməhkəmə hakimiyyətinin rəhbərləri, eləcə də dilomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələrinin başçıları, siyasi partiya, ictimai təşkilat və KİV nümayəndələri dəvət ediliblər.
Yeni parlament seçilənə və baş nazir təyin olunanadək Roza Otunbayeva hökumətə də başçılıq edəcək. O, bir müddət əvvəl bəyan etmişdi ki, parlament seçkiləri təyin olunduqdan sonra müvəqqəti hökumətin digər bütün rəhbərləri vəzifələrini tərk edəcəklər və yeni Nazirlər Kabineti formalaşdırılanadək texniki kabinet yaradılacaq.
Roza Otunbayeva bu il avqustun 23-də 60 illiyini qeyd edəcək. O, Lomonosov adına Moskva Dövlət Universitetini, ardınca isə aspiranturanı bitirib. Fəlsəfə elmləri namizədi, dosentdir. Rus və qırğıxz dilləri ilə yanaşı, ingilis və alman dillərini də bilir. Roza Otunbayeva vaxtilə SSRİ XİN-də diplomatik xidmətdə olub. Sonralar isə müstəqil Qırğııstan Respublikasının xarici siyasət xidmətinin yaradılmasında vəal iştirak edib. O, BMT sistemində məsul vəzifələr tutub. Roza Otunbayeva prezident Əsgər Akayevin devrilməsi ilə nəticələnən 2005-ci il hadisələrinin fəal iştirakçılı olub. Amma yeni prezident Kurmanbek Bakiyevin inauqurasiyasından iki il sonra növbəti dəfə müxalifətə keçib. O, Sosial-Demokrat Partiyasının sədr müavini, eləcə də parlamentdə müxalifət fraksiyasının lideri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Qırğızıstanda bu il aprelin 7-də başlayan mitinqlərdən sonra prezident Kurmanbek Bakiyev ölkəni dərk edib və istefa ərizəsi yazıb. Roza Otunbayevanın rəhbərliyi ilə müvəqqəti koalision hökumət yaradılıb. Müvəqqəti hökumət parlament və Nazirlər Kabinetini buraxıb, Konstitusiya Məhkəməsini ləğv edib. Yeni hakimiyyətin dekreti ilə Roza Otunbayevaya 31 dekabr 2001-ci ilədək prezident səlahiyyətləri həvalə olunub.
Qırğızıstada yeni hökumət formalaşdıqdan sonra ölkədə baş vermiş kütləvi iğtişaşlar nəticəsində rəsmi məlumatlara görə təxminən 300 nəfər həlak olub. Amma BMT nümayəndələri tərəfindən səsləndirilən qeyri-rəsmi məlumatlara görə, tələfat sayı 2000 nəfəri ötə bilər. Minlərlə adam xəsarət alıb. Yarım milyona yaxın adam qaçqına çevrilib, 1500-ədək yaşayış evi və bina yandırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: