Rostov vilayətini su basdı
26 Mart 2013 Çərşənbə Axşamı 18:25
Rusiyada əlverişsiz hava şəraiti davam edir.
Rusiyada əlverişsiz hava şəraiti bir çox fəsadlara səbəb olub. Belə ki, paytaxt Moskvada qarlı, şaxtalı-çovğunlu havanın davam etdiyi bir vaxtda ölkənin Rostov vilayətini su basıb. Səhər saatlarında Rusiyanın Fövqaladə Hallar Nazirliyi Rostov vilayətinin su basmış ərazilərində ümumilikdə 320 sakini evakuasiya edib.

Azov rayonu daxil olmaqla, Rostov vilayətində ümumilikdə 23 yaşayış sahəsinin su altında qalıb. Vilayətin əksər hissələrində elektrik və su təchizatı ilə bağlı ciddi problemlər yaranıb. Rusiyanın baş naziri Dmirtiy Medvedev də kəskin hava şəraiti ilə əlaqədar ölkə ərazisində ciddi çətinliklərin olduğunu etiraf edib.

Baş nazir vilayətin qubernatoruna Azov rayonunda vəziyyəti nəzarət altına almağa və lazım gələrsə, əlavə yardım üçün federal hökümətə müraciət etməyi tapşırıb: “Kəskin hava şəraiti ilə əlaqədar ölkə ərazisində müəyyən çətinliklər yaşanmaqdadır. Əsas problemlərdən biri Rostov vilayətində yaranmış vəziyyətdir. Dünən Fövqaladə Hallar Naziri və vilayətin qubernatoru ilə bu barədə danışmışam. Orada bəzi yaşayış sahələri daşqın suları altında qalıb”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar