Roman Abramoviç qızına möhtəşəm toy təşkil edir
09 Dekabr 2010 Cümə Axşamı 12:20
Rusiyalı biznesmen mərasimə 8 milyon dollar xərc çəkəcək
İngiltərənin “Çelsi” klubunun sahibi, rusiyalı biznesmen Roman Abramoviç böyük qızı Annanın toy mərasimini Karib adalarında keçirməyi planlaşdırır. Abramoviç mərasimə 8 milyon dollar xərcləmək fikrindədir. 2011-ci ilin yazında baş tutacaq toyun məşhur kurort şəhərciyi Sen-Bartelmidə təşkil edilməsi planlaşdırılır.
“Roman mərasimin bütün xərclərini öz üzərinə götürüb. O, bizə tapşırdı ki, 400 nəfərlik qonağın qəbul edilməsi üçün hazırlıqlara başlayaq”, - deyə toy təşkilatçılığı ilə məşğul olan idarənin əməkdaşı bildirib.
Toyun keçirildiyi məkan isə təsadüfi seçilməyib. Belə ki, Sen-Bartelmi sahildən kilometr yarım uzaqlıqda yerləşir. Bu isə paparatsilərin toydan görüntü çəkmələrinin qarşısını almaq məqsədilə atılmış addımdır.
DOSTLARINLA PAYLAŞ: