Romada polislə tələbələr arasında qarşıdurma olub
25 Noyabr 2010 Cümə Axşamı 01:40
Tələbələr yumarta, asayiş keşikçiləri isə rezin güllələr atıblar
Ötən gün İtaliyanın paytaxtı Romada tələbələrlə polis qüvvələri arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində 10-dan artıq adam xəsarət alıb.
İtaliya paytaxtında dövlət təhsil sistemi islahatlarına qarşı etiraz aksiyaları keçirilir. Hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçsəçlər də, nümayişçilərdən bir qrupu İtaliya parlamentinin Senatının binasına yaxınlaşa bilib. Oların qarşısını parlamentin işçiləri və silahlı karabinerlər kəsib. Tələbələr Senat binasının qapılarına yumurta atmağa başlayıblar. Bir neçə tüstü şaşkası da atılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, asayiş keşikçilərindən biri insidentdən sonra xəstəxanaya düşüb.
Sonra yüzlərlə nümayişçi İtaliyanın baş naziri Silvio Berluskoninin iqamətgahına yollanıb. Lakin onların qarşısı kəsilib. Burada qarşıdurma olmasa da, Romanın başqa küçəsində toqquşmalar olub. Tələbələrin atdıqları yumurtalara asayiş keşikçiləri rezin güllələrlə cavab veriblər. Nümayişçilərin sözlərinə görə, 10-dan artıq adam xəsarət alıb. Hökumət orqanları isə 8 karabinerin xəsarət aldığını bildiriblər.
DOSTLARINLA PAYLAŞ: