Roma papasının tacqoyma mərasimi keçiriləcək
19 Mart 2013 Çərşənbə Axşamı 08:21
Mərasimə 132 ölkədən nümayəndə heyəti, o cümlədən, 34 dövlət başçısı qatılacaq.
Bu gün Vatikanda yeni Roma papası Fransiskin tacqoyma mərasimi keçiriləcək. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, mərasimə 132 ölkədən nümayəndə heyəti, o cümlədən, 34 dövlət başçısı qatılacaq.
Buenos-Ayresdən olan arxiyepiskop, 76 yaşlı Xorxe Mario Berqolyo 266-cı Roma papası seçilib. Roma katolik kilsəsinin tarixində ilk dəfə qeyri-avropalı pontifik seçilir. O, Fransisk adını götürüb.
Tacqoyma mərkaisinə qatılmaq üçün Argentinanın prezidenti Kristina Kirşner Vatikana səfər edəcək. Bundan başqa, ABŞ-ın aitse-prezidenti Co Bayden, Almaniya kansleri Angela Merkel və Avropa Komissiyasınıvn rəhbəri Joze Manuel Barrozu da iştirak edəcəklər. Avropa Birliyinə girişi qadağan edilən Zimabve prezidenti Robert Muqabenin Romaya səfər edəcəyi müşahidəçilərin diqqətini cəlb edən məqamlardandır.
Tacqoyma mərasimi yerli vaxtla saat 09.30-da başlayacaq. İlkin hesablamalara görə, tacqoyma mərasimini izləməyə toplaşanların sayı milyonu ötəcək.
DOSTLARINLA PAYLAŞ: