Roma Papası Venesuela üçün səsləndi
27 Fevral 2014 Cümə Axşamı 04:12
Roma Papası Fransisk bu dəfə Venesuela üçün səsləndi.
ANS PRESS-in məlumatına görə, Papa Fransisk bidirib ki, Venesueladakı hadisələri böyük həyəcanla izləyir. O, Venesueladakı zorakılğın dayandırılması üçün səslənib.

“Mən arzu edirəm ki, tez bir zamanda bu düşmənçilik və zorakılıq dayansın və bütün Venesuela xalqı, siyasətçilər və rəhbərlər daxil olmaqla milli barışıq tədbirləri görsün. Bu tədbirlər qarşılıqlı anlaşma və dialoqdan, həqiqətlərə və ədalətə hörmətdən keçir”,-deyə papa bildirib.

O, Venesuela xalqına, xüsusən də qarşıdurmalarda həlak olanlara daima dua etməyi söz verib.

“Hər kəsi Allaha dua etməyi çağırıram”,-deyə Roma Papası bildirib.

Xatırladaq ki, Venesuelada 2 həftəyə yaxındır ki, prezident Nikolas Maduro əleyhdarları ilə polis arasında toquşmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar