Roma Papası Qəddafiyə və koalisiya qüvvələrinə müraciət edib
27 Mart 2011 Bazar 17:49
XVI Benedikt tərəfləri liviyada silahları yerə qoymağa çağırıb.
Roma Papası 16-cı Benedikt Liviyada münaqişə tərəflərini "silahdan istifadə etməyə son qoymağa" çağırıb. Pontifik bu çağırışı ənənəvi bazar günü ibadəti zamanı, Müqəddəs Pyotr meydanında yüzlərlə dindar qarşısında çıxışında edib. Papa çağırışının təkcə Liviyada üsyançılarla hökumətə qüvvələrinə deyil, həm də Müəmmar Qəddafi qüvvələrinə avia-zərbələr endirən beynəlxalq koalisiyaya yönəldiyini deyib.

Roma Papası münaqişə zonasında silahdan istifadə edilməsindən dolayı narahatlığını ifadə edib. "Münaqişə tərəfləri arasında sülhün əldə edilməsi üçün silah əvəzinə diplomatik təşəbbüslərə əl atmaq daha yaxşı olardı." - deyə Benedikt əlavə edib.

16-cı Benedikt, "tezliklə Liviyaya, və ümumilikdə Şimali Afrika regionuna sülh və əmin-amanlığın qayıtmasını" arzulayıb. O, sülh əldə edilməsini qarşısına məqsəd qoyan, bu sahədə hərbi və siyasi məsuliyyət daşıyan beynəlxalq təşkilatlara da öz öhdəliklərini xatırladıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar