Roma Papası qadın monastırına köçəcək
12 Fevral 2013 Çərşənbə Axşamı 10:24
XVI Benedikt istefa verdikdən sonra kitab da yaza bilər.
Roma Papası XVI Benediktin istefa verdikdən sonra nə işlə məşğul olacağı açıqlanıb. Vatikanın mətbuat katibi Federiko Lombardinnin kütləvi-informasiya vasitələrinə verdiyi açıqlamada bildirilir ki, Roma Papası səlahiyyətlərini təhvil verdikdən sonra bir müddət Kastel-Qondolfo yay iqamətgahında istirahət edəcək, bundan sonra isə ömürlük yaşayacağı və işləyəcəyi qadın monastırına köçəcək.

Lombardini həmçinin Roma Papası XVI Benediktin gələcəkdə dualara və fəlsəfi düşüncələrə daha çox zaman ayıracağını, hətta bəlkə kitab da yazacağını deyib.

Xatırladaq ki, 85 yaşlı pontifik dünən fevralın 28-də istefa verəcəyini açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar