Roma Papası 16-cı Benedikt Vatikanın əsas meydanında çıxış edib. O meydana toplaşmış 2 minə yaxın insana xeyir-dua verib.
Qeyd edək ki, 82 yaşlı Roma Papası bu yaxınlarda yıxılaraq sağ əlini zədələyib. Həkimlərin sözlərinə görə, Benedikt bir müddət qolunda sarğı daşımalı olacaq, sonra isə o tam sağalacaq.
"Siz gördüyünüz kimi bədbəxt hadisə nəticəsində mənim hərəkətim bir qədər məhdudlaşıb, lakin ürəyim doludur". Bu sözləri Benedikt meydana toplaşmış insanlar qarşısında çıxış edərkən bildirib. O həmçinin xəstəxanada onu müalicə edən həkimlərə və onun sağalmasına dua edən insanlara təşəkkür edib. /ANS TV/