Robin Uilyamsın son paylaşımı
13 Avqust 2014 Çərşənbə 12:50
Xəbər verdiyimiz kimi, “Oscar” mükafatlı aktyor Robin Uilyams ötən gün səhər evində ölü tapılıb.
ANS PRESS-in məlumatına görə, Uilyams həyatını itirmədən əvvəl sosial şəbəkədə qızının fotoşəkilini paylaşaraq, duyğularını yazıb. Məşhur aktyorun ən son paylaşımı “Instagram” hesabından qızı Zelda Uilyamsın doğum günü ilə əlaqədar olub.
Uilyams "25 yaş, dörddəbir əsr keçdi, amma hələ də mənim körpəmsən" sözləri ilə qızına aid bir fotoşəkil paylaşıb.
Qeyd edək ki, ötən gün intihar edən dünyaca məşhur aktyor Robin Uilyamsın xəbəri hər kəsi sarsıdıb. ABŞ prezidenti Barak Obama çıxış edərək, aktyor barədə fikirlərini bildirib. Prezident Robini öz sahəsində yeganə insan kimi gördüyünü deyib. Bununla yanaşı olaraq, dünya ulduzları mərhum barədə sosial şəbəkələrdə fikirlərini bildirdilər.
DOSTLARINLA PAYLAŞ: