Robert Sturua iddia edir ki, Saakaşvili ermənidir
08 İyun 2011 Çərşənbə 13:02
"Saakaşvilini hakimiyyətə Amerika gətirib ki, Gürcüstanı məhv etsin".
Gürcüstan prezidenti Mixail Saakaşvili ermənidir. Bunu məşhur gürcüstanlı rejissor Robert Sturua “Qruzinform” analitik-informasiya agentliyinə müsahibəsi zamanı “Niyə Saakaşvili xalqını sevmir?” sualını cavablandırarkən deyib. Olduqca təəssüf hissi keçirən rejissor sözlərini əsaslandırmağa çalışıb.
Müsahibə zamanı jurnalistlə mühasib arasında maraqlı etiraflar da olub. Belə ki, Robert Sturua deyib ki, Saakaşvilini hakimiyyətə Amerika gətirib ki, Gürcüstanı məhv etsin. Jurnalist isə bu sözlərə qüvvət olaraq əlavə edib ki, Saakaşvilini hakimiyyətə Amerikanın erməni lobbisi gətirib.
Qeyd edək ki, dövlət başçısının etnik mənsubiyyətinə dair müsahibə Gürcüstan ictimaiyyətində ajiotaj yaradıb. Xüsusilə Saakaşvilisevərlər prezidentin müdafiəsinə qalxıb. “Çoxmillətli Gürcüstan” ictimai vətəndaş hərəkatı bununla bağlı bəyanat yayıb və rejissoru boykot ediblər.
“Çoxmillətli Gürcüstan” rejissorun bu sözlərini təhqir kimi qəbul edib və onun üzr istəməsini tələb edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: