Robert Qeyts Əfqanıstanda səfərdədir
08 Dekabr 2009 Çərşənbə Axşamı 14:30
Müdafiə naziri Robert Qeyts Əfqanistana əlavə 30 min hərbçinin göndərilməsi məsələsini müzakirə edəcək
Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeyts Əfqanıstanın paytaxtı Kabilə gəlib. Robert Qeyts səfər çərçivəsində Əfqanıstan rəhbərliyi və buradakı beynəlxalq koalisiya qüvvələrinin komandanlığı ilə müzakirələr aparacaq.

Danışıqlarda əsas müzakirə mövzusu isə Əfqanistana əlavə 30 min Amerika Birləşmiş Ştatları hərbçisinin göndərilməsi məsələsi olacaq.

Pentaqon rəhbərinin prezident Həmid Kərzai ilə görüşündə Əfqanıstan hökumətində korrupsiya ilə mübarizə məsələsinin də müzakirə olunacağı bildirilir. Robert Qeyts səfər ərəfəsində bildirib ki, ABŞ administrasiyası Həmid Kərzainin yeni Nazirlər Kabinetində təyinatlarını diqqətlə izləyir.

Qeyd edək ki, bu, prezident Barak Obamanın Əfqanıstanla bağlı yeni strategiyasını açıqlamasından bəri Kabilə gələn ilk Amerika Birləşmiş Ştatları rəsmisidir.
Verilən məlumata görə, H.Kərzai hökumətin bir neçə üzvünü parlamentə təqdim etməyə hazır olsa da, qanunvericilər yeni nazirlərin tam siyahısını müzakirə etməkdə israrlıdırlar.
Bunun isə yaxın günlərdə baş tutacağı gözlənilir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar