Robert Koçaryan telefon şirkətində işə girmək istəyir
29 May 2009 Cümə 11:50
Ermənistanın keçmiş prezidentinin namizədliyi «AFK Sistema» şirkətinin direktorlar şurasına üzvlüyə irəli sürülüb

 

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan telekommunikasiya şirkətinə işə girmək niyyətindədir. Onun namizədliyi Rusiyanın iri «AFK Sistema» şirkətinin direktorlar şurasına üzvlüyə irəli sürülüb. Bu barədə Rusiyanın «Kapital» qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, direktorlar şurasına üzvlüyə bütövlükdə 13 adamın namizədliyi verilib. «AFK Sistema» şirkətinin direktorlar şurasının tərkibi 27 iyun 2009-cu ildə səhmdarların ümumi yığıncağında təsdiq edilməlidir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar