Robert Köçaryan Azerbaycanda
22 İyun 2013 Şənbə 12:46
Ermenistanın sabiq prezidenti Robert Köçaryan işğal altında olan torpaqlarımızda namelum görüşler keçirir.
Məşhur Robert Köçaryan yenə də Dağlıq Qarabağa gəlib. Deyirlər ki, cinayətkarı həmişə ilk cinayət törətdiyi yerə çəkir.

Ermənistanın sabiq prezidenti, keçmiş döyüşçü Robert Köçaryan gizli şəraitdə Dağlıq Qarabağda olub. Bu barədə erməni qəzeti "Joxovurd" yazır. Nəşrin yazdığına görə, o, müxtəlif Qarabağ dairələrinin nümayəndələri ilə, o cümlədən də oyuncaq dövlətin prezidenti ilə bir neçə görüş keçirib. Onun mətbuat katibi jurnalsitlərlə söhbəti zamanı Köçaryanın səfəri haqda məlumatı nə təkiz, nə də təsdiq edib. O, həmçinin keçmiş döyüşçünün yenidən Azərbaycanın işğal altında olan torpaqlarına nə üçün gəldiyini də şərh etməyib.

Bəzi erməni ekspertlər hesab edirlər ki, sakitlik bilməyən Köçaryan yenə də hansısa fitnə yaradır, bu dəfə isə Azərbaycana qarşı deyil, daha doğrusu, Qarabağ klanın mövqeyinin güclü olduğu doğma Ermənistana qarşı. Eyni zamanda bu Cənubi Qafqaz ölkəsinin əhalisinin kəskin şəkildə yoxullaşmasına gətirib çıxaran uğurusuz iqtisadi siyasətə görə Ermənistanda məhz Köçaryanın ünvanına lənətlərin yağması çoxalıb. Ermənilərin özlərinin fikrincə, Köçaryan ancaq sındırmağı və dağıtmağı bacarır, amma yaratmağı və tikməyi tamamilə bacarmır. Onlar, ehtimal ki, unudublar- döyüşçülər nəsə qura bilmirlər, onlar ancaq öldürə bilirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar