Robert Bradke ermənilərlə Qarabağdan danışdı
02 Oktyabr 2009 Cümə 13:00
Ermənistan ABŞ-ın Dağlıq Qarabağın nizamlanması prosesində nümayiş etdirdiyi mövqedən razıdır
Ermənistanın müdafiə naziri Seyran Oqanyan və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Dağlıq Qarabağın nizamlanması məsələsini müzakirə ediblər.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı olan məsələlər müzakirə olunub. Ermənistanın müdafiə naziri həmsədrlərin “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması heç bir proseslə əsaslandırılmayan və bağlı olmayan müstəqil prosesdir” kimi bəyanatlarını alqışlayıb.
Oqanyan həm də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində nümayiş etdirdiyi qətiyyətliliyidən razı olduqlarını ifadə edib.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: