Riyakar erməni alpinistləri...
09 Avqust 2010 Bazar Ertəsi 14:35
Onların qondarma DQR-nın bayrağını Ağrıdağda ucaltdığı bildirilir
On bir erməni əsilli alpinistin Türkiyə ərazisində yerləşən Ağrıdağı fəth etdiyi bildirilir. Qrupun Gürcüstan ərazisindən keçərək Türkiyəyə daxil olduğu və icazəsiz ora dırmandığı deyilir.
Ermənistanın “Asbarez” saytının iddiasına görə, qrupun üzvləri iyulun 13-də Ağrıdağa çıxaraq bura Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının bayraqlarını sancıblar. 9 ABŞ və 2 Kanada vətəndaşının yer aldığı qrupun Türkiyə sərhədindən rahatlıqla keçdiyi bildirilir.
Qrup üzvləri Türkiyə sərhədçilərinin onlarla səmimi davrandıqlarını vurğulayıblar. “Asbarez” saytında yer alan məlumata görə, sonda alpinstlərdən ibarət qrup mahnı oxuyaraq əlamətdar hadisəni qeyd ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: