Riqada sarışın qızların paradı keçirilib
31 May 2009 Bazar 17:25
Parad insanların əhval-ruhiyyəsini qaldırmaq məqsədi daşıyıb

Riqada bu gün sarışın qızların paradı keçirilib. «Dünyanı işıqlandıraq» şüarı altında keçirilmiş parad iqtisadi böhran əleyhinə yönəlib.

ANS PRESS «RİA Novosti»yə istinadən bildirir ki, paradda minə yaxın sarışın qız iştirak edib. Qızların çoxu ev heyvanları ilə birgə gəlib. Əllərində "Go blonde" sözləri yazılmış lövhələr aparıblar.

Latviya sarışın qızlar assosiasiyasının prezidenti Marika Qederte bildirib ki, parad insanların əhval-ruhiyyəsini qaldırmaq üçün keçirilib.

«RİA Novosti»nin məlumatına görə, Latviya Avropa Birliyinin 27 üzvü içində ən ağır böhran keçirən ölkədir. 2009-cu ilin birinci rübündə ölkədə ümumi daxili məhsul 18 faiz azalıb. Ölkədə hakimiyyətin iqtisadi siyasətinə qarşı etiraz nümayişləri olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar