Rio-de-Janeyroda hökumətə qarşı etirazlarda yenidən qarşıdurmalar yaşanıb
01 İyul 2013 Bazar Ertəsi 08:22
Fəallar Futbol üzrə Konfederasiya Kuboku yarışlarının final oyunu zamanı meydanın ətrafında təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Braziliyada ölkə qanunvericiliyinə qarşı çıxan fəallar yenidən Rio-de-Janeyro şəhərində bir araya gələrək etiraz aksiyası keçiriblər. Futbol üzrə Konfederasiya Kuboku yarışlarının final oyunu öncəsində meydanın ətrafına toplaşan bir qrup etirazçı, matçın başlamasına bir neçə dəqiqə qalmış təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Polislə təhlükəsizlik qüvvələri arasında yaranmış qarşıdurmalarda bir neçə nəfər xəsarət alıb. Polis zorakılıq törədən fəallara qarşı gözyaşardıcı qazlar və səs bombaları isə müdaxilə edib. Etirazçılar isə daş və “Molotov kokteyl”ləri ilə polisə qarşılıq veriblər.

Qeyd edək ki, hökumətə qarşı çıxan müxalifət tərəfdarları rəhbərliyin futbol kimi idman sahələrinə milyardlarla dollar sərf etməkdənsə, sosial xidmət sahələrinə, əsasən də təhsil və səhiyyə sisteminə diqqət yetirməsini tələb edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar