Rio-de-Janeyro ilin ən mühüm oyununa hazırlaşır
11 İyul 2014 Cümə 08:46
Dünya Çempionatının final oyunu zamanı Rio-de-Janeyro şəhərinin asayişini 26 min polis qoruyacaq.
Dünya Çempionatının finalında, 13 iyul tarixində, “Marakana” stadionunda Almaniya və Argentina yığmaları görüşəcək. ANS PRESS-in məlumatına görə, oyunla əlaqədar bütün ölkə ərazisdindən Rio-de-Janeyroya axın fantastik həddə çatıb. Buenos-Ayresdən isə avia biletlərin qiyməti 2 dəfə artıb.

Bu axının qarşısında Braziliya polisi gücləndirilmiş iş rejiminə keçib. Şəhərin ən çox kütlə yığıla biləcək turistik rayonlarını beş minə yaxın polis qoruyur. Oyun zamanı eləcədə min beş yüzə yaxın şəxsi qoruma şirkətlərinin nümayəndələri də olacaq.

Qeyd edək ki, Rio-de-Janeyroya 15 ölkə başçısının gəlişi gözlənilir. Bununla da əlaqədar olaraq əlavə təhlükəsizlik tədbirləri görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar