Reuters başçısı Tom Qloser istefaya gedir
01 Yanvar 2012 Bazar 10:13
2011-ci ildə bu informasiya agentliyinin səhmləri 29% ucuzlaşıb.
“Reuters” informasiya agentliyinin başçısı Tom Qloser bu gündən istefaya gedir.

ANS PRESS “BBC”yə istinadən bildirir ki, onu buna qdər agentliyin icraçı direktoru işləyən Ceyms Smit əvəz edəcək.

T.Qloserin istefası 2011-ci ildə “Reuters” səhmlərinin 29% ucuzlaşması ilə bağlıdır. Ekspertlərin fikrincə, bank və maliyyə sektorunda kütləvi ixtisarlar “Reuters”in informasiya məhsullarının istehlakçılarını azaldıb.

“Thomson Reuters” korporasiyasi 2008-ci ilin aprel ayında Britaniyanın “Reuters Group PLC” və Kanadanın “Thomson Corporation” qurumlarının birləşməsindən sonra yaradılıb. Korporasiyanın işçi sayı bütün dünya üzrə 50 minə çatır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar