Rəsmi Vaşinqton Fransa senatının qərarını bəyənmədi
27 Yanvar 2012 Cümə 04:24
Klinton: “Bizim ən güclü tərəflərimizdən biri də ifadələrdə cinayət tərkibi axtarmamağımızdır”.
“Bizim ən güclü tərəfərimizdən biri də ifadələrdə cinayət tərkibi axtarmamağımızdır. İnsanlar bu ölkədə istədikləri hər şeyi deyə bilərlər”. Bunu ABŞ dövlət katibi Hillari Klinton jurnalistlərin, Fransa senatının qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun barədə sualını cavablandırdığı zaman deyib.
"Soyqırımı" iddialarının siyasi yox, tarixi mğvzu olduğunu deyən Hillari Klinton ölkəsinin əsla Fransanın yolu ilə getməyəcəyini vurğulayıb. “Fransa da daxil olmaqla digər ölkələrin fərqli standartları və tarixləri ola bilər. Amma biz ifadənin cinayət sayılacağı bir yolla getməyəcəyik. Hesab edirəm ki, bu mövzunun siyasilikdən daha çox tarixi olduğunu qeyd etmək daha ədalətli olar ki, həqiqət də budur. Məncə ABŞ hökumətinin mövqeyi belə olmalıdır".
İnsanların qərarlarına hörmət göstərilməli olduğunu deyən ABŞ dövlət katibi tərəflərin dialoqa sövq edilməsinin vacib olduğunu qeyd edib. “Nəhayətdə insanlar öz qərarlarını özləri verəcəklər və buna hörmət göstərilməlidir. Mübahisəli tarixi müzakirələrin hansı tərəfində olmasından asılı olmayaraq insanları fikir dialoquna sövq etməliyik. Dəlil toplayın, iddialarınızı ortaya qoyun və dialoqa da həvəsli olun. Hesab edirəm ki, bu məsələ belə olmalıdır”.
DOSTLARINLA PAYLAŞ: