Rəsmi Tel Əviv Mavi Mərmərə hücumu barədə hesabatını açıqlayıb
24 Yanvar 2011 Bazar Ertəsi 02:50
Komissiya Mavi Mərmərə hücumu barədə qeyri-qanuni heç nə olmadığını iddia edir.
Ötən ilin may ayında Aralıq dənizinin beynəlxalq sularında 9 nəfərin ölümü ilə nəticələnən “Mavi Mərmərə” hücumu barədə İsrail dövlətinin yaratdığı komissiya öz hesabatını açıqlayıb. Hesabatda gəmiyə hücum edən İsrail hərbçilərinin hərəkətinin beynəlxalq hüquqa zid olmadığı bildirilib. Qeyd edək ki, hesabatın iki hissədən ibarət olduğunu deyən komissiyanın sədri sabiq məhkəmə hakimi Yakov Turkel hesabatın ikinci hissəsini nə vaxt açıqlayacağı barədə məlumat verməyib.
Türkiyə hökumətinin bu məqsədlə yaratdığı komissiya isə İsrail tərəfinin bu açıqlamalarını təəccüb və təəssüflə qarşıladığını bildirib. Qurum ötən gün keçirdiyi iclasda İsrailin beynəlxalq hüquqa zid şəkildə həyata keçirdiyi hücumla bütün beynəlxalq prinsip, qayda və normaları tapladağını bildirib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bu hesabata kəskin etrirazını bildirib. Ərdoğan İsrail komissiyasının bu açıqlaması üçün “sifarişli hesabat” – deyib.
Xatırladaq ki, 31 may 2010-cu il tarixdə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi Aralıq dənizinin beynəlxalq sularında İsrail hərbçilərinin hücumuna məruz qalmış, baş veriş insidentdə 9 günahsız insan öldürülmüşdü. anspress
DOSTLARINLA PAYLAŞ: