Rəsmi Tel Əviv İrana dostluq təklif etdi
09 Fevral 2012 Cümə Axşamı 00:45
Bizlər dünyaya düşmən kimi gəlmədik və düşmənlər kimi yaşamağımıza da ehtiyac yoxdur.
“Bizlər dünyaya düşmən kimi gəlmədik və düşmənlər kimi yaşamağımıza da ehtiyac yoxdur”. Bunu İsrail prezidenti Şimon Peres ölkə parlamenti Knessetin açılışının 63-cü ildönümüdəki çıxışında İrana müraciətlə deyib. İranı sülhə çağıran ölkə başçısı 2 xalqın bir-birinə düşmən olmamasının vacibliyini vurğulayıb. Çıxışında, “Tarixi mirasımızı düşmənlik bayrağının kölgəsində qoymayın!” – deyən Peres İran xalqının müharibə və qalmaqlı yox, sülhü və dostluğu sevən həssas bir xalq olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: