Rəsmi Tehran ABŞ-a başsağlığı verdi
19 Aprel 2013 Cümə 07:39
ABŞ vətəndaşlarının həlak olmasından təəssüflənir, başda uşaqlar olmaqla xəsarət alanlara Allahdan şəfa diləyirik.
İran, Birləşmiş Ştatların Texas ştatındakı gübrə zavodunda baş vermiş partlayışla bağlı başsağlığı verib. İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, ölkəsi, hadisə nəticəsində Amerika vətəndaşlarının həlak olmasından və yaralanmasından təəssüflənir, başda uşaqlar olmaqla xəsarət alan şəxslərə Allahdan şəfa diləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar