"Rəsmi şəxslər yersiz sözlər işlətməklə İrana ziyan vurmamalıdır"
12 Avqust 2011 Cümə 15:06
İran parlamentinin spikeri Əli Laricani son günlər yaranan gərginliyə münasibət bildirib
Rəsmi Bakı və Tehran arasında gərginlik yaradan məsələyə İran parlamentinin spikeri Əli Laricani də öz mövqeyini bildirib. “Fars” xəbər agentliyi vasitəsi ilə yayılan bəyanatda deyilir:

“Rəsmi şəxslər lazımsız və yersiz sözlər işlətməklə İranın digər qonşu müsəlman ölkələrlə əlaqələrinə ziyan vurmamalıdırlar. İran İslam Respublikasının strategiyası imam Xomeyninin dövründən bəri qonşu ölkələrlə yaxın, səmimi və dostluq əlaqələri yaratmaq olub. Qonşu ölkələrlə dostluq münasibətləri qurmaq İran üçün əsas prioritetdir. Rəsmi şəxslər siyasi çıxışlar edərkən diqqətli olmalıdırlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar