Rəsmi Pekin google ilə bağlı çıxış edib
22 Yanvar 2010 Cümə 06:45
Rəsmi Pekin google ilə bağlı çıxış edib. Xarici işlər nazirinin müavini bildirib ki, baş verənlər ABŞ Çin münasibətləri ilə əlaqələndirilməməlidir.
“Rəsmi Pekinlə internet nəgəngi Quql (Google) arasında baş verən mübahisə Birləşmiş Ştatlar Çin münasibətləri ilə əlaqələndirilməməlidir”. Bu bəyanatla Çin Xalq respublikasının xarici işlər nazirinini müavini He Yafey çıxış edib. Yafey onu da bildirib ki, quql Çinin qanunlarına və ənənələrinə tabe olmalıdır. Bu bəyanat Birləşmiş Ştatlar dövlət katibi Hilari Klintonnun Vaşinqtonda internet azadlığı mövzusunda çıxışından bir qədər öncə səsləndirilib. Qeyd edək ki, yanvarın 12-si quql şirkəti bəyan edib ki, əgər Çin axtarış sistemi üzərindəki senzura siyasətini dəyişsə o Çində fəaliyyyətini davam etdirə bilər. Ultimatumun verilməsinə əsas səbəb isə çinli xakerlərin quqlun məlumat bazasına və insan haqları fəallarının elektron poçtlarına müntəzəm oalarq təşkil etdiyi hücumlardır. Birləşmiş Ştatlar isə bildirib ki, o baş verən hücumlarla bağlı Pekinə rəsmi şikayət ünvanlayacaq. Onu da bildirək ki, Çin dünyada 382 milyon internet istifadəçisi olan yeganə dövlətdir. Lakin bununla yanaşı ölkədə feyzbuk (facebook), yutyub (Youtube) və tvitter (Twitter) kimi sosial şəbəkələrə giriş qadağandır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar