Rəsmi İrəvan ABŞ-a yalvardı
19 Sentyabr 2013 Cümə Axşamı 15:52
Ermənistan ABŞ-dan 1 milyon borc istəyib.
Ermənistanın baş naziri Tiqran Sarqsyan ABŞ-ın İrəvandakı səfiri Con Heffern və Beynəlxalq İnkişaf Agentliyi - USAID-in nümayəndəsi Karen Hilliardla görüşüb. ANS PRESS-in “Tert.am” saytına istinadla verdiyi məlumata görə, K.Hilliard baş nazirin ötən dəfəki görüşdə ondan kənd təsərrüfatı avadanlığı almaq üçün 1 milyon dollar borc istədiyini xatırladıb. USAID-in nümayəndəsi bildirib ki, baş nazirin xahişini o vaxt rəsmi Vaşinqtona çatdırıb və bu yaxınlarda müsbət cavab alıb. Yəqin ki, yaxınlarda həmin məbləğ İrəvana çatdırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar