Rəsmi fətva ilə məscid bağlandı
09 İyul 2013 Çərşənbə Axşamı 11:55
Sakinlər yaşadıqları binada ibadət otağının olmasına qarşı çıxıblar.
Türkiyənin Diyarbəkir vilayətində müsəlmanların namaz qıldığı ibadətxana ölkənin rəsmi dini qurumu olan “Diyanət”in göstərişi ilə bağlanıb. Məlumata görə, 23 əvvəl şəhərdə tikilən kooperativ evlərdən birinin sakinləri yaxınlıqda məscid olmadığı üçün binanın giriş hissəsində olan boş otaqdan ibadətxana kimi istifadə etməyə başlayıblar. Keçən vaxt ərzində yaxınlıqda olan sakinlər də bu yerdən məscid kimi istifadə etməyə başlayıb və binanın sahibi bu yeri Diyarbəkir müftiliyinə verib. Müftilik isə yeni ştat açılaraq ibadətxanaya din xadimi göndərib.
Bir müddət sonra 12 mənzilli binadakı evlərdən 8-nin sahibi dəyişib. Onlardan bəzisi binada məscid olmasına qarşı çıxaraq müftiliyə şikayət edib. Müftilik məsələnin araşdırılması üçün komissiya təşkil edib. Komissiya üzvləri otağın müftiliyə satılmasını istəsələr də, bina sakinləri bu fikri qəbul etməyiblər. Bundan başqa bina sakinləri məscidin bağlanması və daha əvvəlki illərə aid su və elektrik pullarının ödənilməsi tələbi ilə “Diyanət”in hüquq müşavirliyinə müraciət edib.
Müraciəti dini və hüquqi baxımdan dəyərləndirən “Diyanət” rəhbərliyi sakinlərin haqlı olduğuna və məscidin bağlanmasına qərar verib.
DOSTLARINLA PAYLAŞ: