Rəsmi Ankaradan UEFA-ya sərt etiraz
30 May 2010 Bazar 04:15
Rəcəb Tayyib Ərdoğan: “Avropa Çempionatının Türkiyədə yox, Fransada keçirilməsi barədə qərar siyasidir”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan futbol üzrə 2016-cı il Avropa Çempionatının Fransada keçirilməsi ilə bağlı UEFA-nın qərarına münasibət bildirib. O, UEFA-nın Türkiyəni yox, məhz Fransanı çesməsində Mişel Platininin oynadığı roldan narahat olduğunu deyib.
Rəcəb Tayyib Ərdoğanın fikrincə, UEFA Avropa Çempionatının keçirilməsi ilə bağlı siyasi qərar qəbul edib: “Bildiyimə görə Fransa Avropa Çempionatını iki dəfə təşkilatçısı olub, bir dəfə isə Dünya Çempionatına ev sahibliyi edib. İndi hər şey Fransa üçünmü? Nədir bu cəhd?”. Baş nazir bildirib ki, Türkiyə 2016-cı ilədək çempionatın keçirilməsi üçün bütün hazırlıqları başa çatdıracağını vəd etsə də, UEFA Türkiyəyə qarşı şübhə ilə yanaşıb: “Bunu Olimpiadalarda da etdilər. Olimpiadalarda əsas qayda bundan ibarətdir ki, bir dəfə keçirilən yerə ikinci dəfə təşkilatçılıq verilə bilməz. Türkiyənin Avropa Çempionatını təşkil etməsi çox asan idi. Bunu əngəlləmələrinin səbəbinə gəlincə, qərar siyasidir. Bunun səbəbini başqa yerdə axtarmaq mənqasızdır”.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: