Rəsmi Ankara Yunanıstan prezidentinə cavab verdi
22 Yanvar 2011 Şənbə 03:35
“Türkiyəyə istiqamətlənən və tarixi həqiqətlərədən uzaq açıqlamalar bu vəzifəyə yaraşmayan iddialardır”.
Ermənistan prezidenti Serj Sarkisyanın Yunanıstana səfəri zamanı ölkə prezidenti Karolos Papulyasın səsləndirdiyi Türkiyəni ittihiam edən bəyanatlara rəsmi Ankara kəskin cavab verib. Bu barədə açıqlama verən Türkiyə Xarici işlər nazirliyinin məruzəçisi Papulyasın Türkiyəyə istiqamətlənən bu açıqlamalarının tarixi həqiqətləri yayındırmaq cəhdi, sağlam fikirdən uzaq və tutduğu vəzifəyə yaraşmayan iddialar olduğunu deyib.
Türkiyə və Yunanıstan hökumətlərinin ortaq siyasi iradələri ilə iki ölkə münasibətlərinə yeni bir təkan vermək istiqamətində səylər göstərdiyini bildirən məruzəçi məsul şəxslərin bu mühitə zərər verəcək bəyanatlardan uzaq olmasının məqsədəuyğun olduğunu deyib. “Bu cür açıqlamalarla çıxış edənlər xüsusilə müştərək yaxın keçmişimizi yaxşı araşdırmalı, tarixi həqiqətləri yayındırmadan incələməlidirlər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: