Rəsmi Abu-Dabi: “Qarabağ münaqişəsi beynəlxalq normalara uyğun nizamlanmalıdır”
06 Dekabr 2009 Bazar 05:05
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri İrəvanda səfərdədir
Birləşmiş Ərəb Əmirlikləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını arzulayır. Bunu İrəvanda səfərdə olan BƏƏ xarici işlər naziri Ənvər Qarqaş bəyan edib. O, erməni həmkarı Edvard Nalbandyanla birgə keçirdiyi məlumat konfransında deyib ki, münaqişə beynəlxalq hüquq normalarına uğyn şəkildə həll olunmalıdır.
BƏƏ-nin xarici işlər naziri Ermənistan-Türkiyə münasibətlərindən də danışıb. Onun sözlərinə görə, ölkəsi münasibətlərin normallaşdırılması prosesini dəstəçkləyir: “Biz bilirik ki, tarixi faktorları nəzərə alsaq, əlaqələrin normallaşdırılması çox çətindir. Amma hər iki ölkəyə uğur arzulayırıq”.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: