Heyvanlar aləmi möcüzəvi və heyrətamizliyi ilə insanların diqqətindən kənarda qala bilmir. Bu dəfə ABŞ-ın Sakit okean sahilində Meksika ilə sərhəddə yerləşən San Diego zooparkında saxlanılan heyvanların maraqlı video görüntüləri yayımlanıb.
Faunanın budəfəki əyləncəsi 5 aylıq körpə begemot olub. Adhama adlı körpə begemotun "Youtube" videoportalında yayılan görüntülərdə anası ilə birgə suyun altında rəqs edir.
Qeyd edək ki, zoopark rəhbərliyinin begemota qoyduqları Adhama adı tərcümədə “şöhrət” deməkdir.