İranda cümə günü keçiriləcək prezident seçkisində iştirak etmək istəyənlərin təbliğat kampaniyası bu gün başa çatır. Qeyd edək ki, seçkidə 4 namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident Mahmud Əhmədinejat, Mir Hüseyn Müsəvi, Mehdi Karrubi və Muhsin Rzaidir.
"CNN Türk"ün məlumatına görə, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ona qarşı rüşvət ittihamları səsləndirən Əhmədinejata qarşı tədbirlər görülməsi üçün İranın dini lideri Xamaneyə məktub yazıb. O milyonlarla adamın İran prezidentinin hüquq, din və əxlaqa zidd yalanlar söylədiyinin şahidi olduğunu bildirib.
Qeyd edək ki, İranda səsvermə hüququna malik 46 milyon insan var.
Həmişəkindən fərqli olaraq, iki gündən sonra keçiriləcək seçkidə namizədlərdən biri olan və Əhmədinejatın əsas rəqibi sayılan Mir Hüseyn Möhsünün həyat yoldaşı da fəal iştirak edir. "Qadınlar daha çox haqq istəyir" şüarı ilə çıxış edən Zəhra Rahnevard gənclərin və qadınların dəstəyini qazanmağa çalışır. /ANS PRESS/