Rəfah qapısı açıldı
28 May 2011 Şənbə 14:53
Misirlə Qəzza zolağı arasında sərhəd keçidi 4 ildən sonra açılıb.
Misirlə Qəzza zolağının sərhədindəki "Rəfah qapısı" adlı sərhəd keçidi açılıb. Belə ki, Misir hökuməti Qəzza zolağı ilə sərhəddə bir sıra məhdudiyyətləri aradan qaldırmaqla, son 4 ildə ilk dəfə fələstinlilərə Misir sərhədini keçməyə imkan yaradıb. İndi qadın və uşaqlar, eləcə də yaşı 40-dan çox olan kişilər heç bir maneəsiz sərhədi keçə biləcəklər. 18-40 yaş arası kişilər isə əvvəlki kimi sərhədi keçməyə dair xüsusi sənəd almalı olacaqlar.

Qeyd edək ki, Rəfah Misirlə Qəzza zolağı arasında İsrailin nəzarəti altında olmayan yeganə sərhəd keçididir. İsrail isə həmişə Rəfah qapısının açılmasına qarşı çıxıb. Misir və İsrail Qəzza zolağına blokadanı 4 il əvvəl təyin ediblər, həmin vaxt zolağa nəzarət HƏMAS hərəkatının əlinə keçib. İsrail hökuməti hesab edir ki, Misirlə Qəzza zolağı arasında sərhəd keçidinin sadələşdirilməsi Qəzza zolağına silah axınına səbəb olacaq. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar