Rəcəp Tayyip Ərdoğan Kılıçdaroğluna qarşı iddiasını geri çəkdi
16 İyun 2011 Cümə Axşamı 14:08
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan parlament seçkisi ərəfəsində qaldırdığı məhkəmə işlərini geri çəkmək qərarına gəlib.
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan parlament seçkisi ərəfəsində bir sıra siyasətçi və mətbuat nümayəndələrinə qarşı açdığı məhkəmə iddialarını geri çəkib. Bu barədə "Ədalət və İnkişaf Partiyası" sədrinin müavini Hüseyn Çelik açıqlama verib.
Qeyd edək ki, Rəcəp Tayyip Ərdoğan 12 iyunda baş tutan parlament seçkisindən sonra etdiyi çıxışında "seçkilər ərəfəsində yaşananların geridə qalmalı olduğunu" vurğulayıb və yaşananlar üçün halallıq istəyib. Ərdoğanın məhkəmə işi açdığı və sonradan işini geri çəkdiyi siyasətçilər arasında müxalifət lideri Kamal Kılıçdaroğlu da var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: