Recep Tayyip Erdoğan İrana sefer edecek
03 Noyabr 2013 Bazar 00:47
Recep Tayyip Erdoğan İrana sefer edecek. Görüşün 2014-cü ilin yanvar ayında baş tutacağı planlaşdırılır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin yanvar ayında İrana səfər edəcək. Trend-in İran KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
M.C.Zərif öz "facebook" səhifəsində Ankarada R.T.Ərdoğanla görüşünün müsbət ab-havada keçdiyini bildirib:
"Görüş zamanı Baş nazirin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə yanvar ayında İrana səfəri ilə bağlı razılıq əldə olunub".
DOSTLARINLA PAYLAŞ: