Rəcəb Tayyip Ərdoğanın qızının adı korrupsiya qalmaqalında hallandı
27 Yanvar 2014 Bazar Ertəsi 14:39
Türkiyənin baş nazirinin və qızı Süməyyənin iş adamı ilə telefon danışıqları ortaya çıxıb.
Türkiyədə korrupsiya və rüşvətxorluq qalmaqalının miqyası genişlənməyə davam edir. Artıq ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın qızı Süməyyə Ərdoğanın adı da qalmaqalda hallanır.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanla qızı Süməyyənin korrupsiya qalmaqalında adı hallanan iş adamı Mustafa Lətif Topbaşla telefon danışıqları ortaya çıxıb.
Telefon danışıqlarını əks etdirən səs yazısı hətta internetə yerləşdirilib. İddiaya görə, iki ayrı səs yazısında iş adamı Topbaşın İzmirdə tikdirdiyi villalardan ikisinin Ərdoğan ailəsinə verilməsinə dair ifadələr yer alıb.
Ərdoğan və qızının iş adamı ilə telefon danışığının korrupsiya əməliyyatı çərçivəsində məhkəmə qərarı ilə dinləndiyi və istintaqa daxil edildiyi bildirilir.
DOSTLARINLA PAYLAŞ: