Rəcəb Tayyip Ərdoğan yumurta atəşinə tutulub
10 Mart 2014 Bazar Ertəsi 09:52
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yumurta atəşinə tutulub.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanı yumurta atəşinə tutublar. ANS PRESS-in məlumatına görə, aksiyada iştirak etmək üçün Şanlıurfa vilayətinin Suruç bölgəsinə gedən Ərdoğanın içində olduğu avtobusa yumurta atıblar.
Baş nazirə yumurta atanın bir nəfər olduğu bildirilir. Yumurta avtobusun ön şüşələrinə dəyib. Əməli törədən həmin şəxs polislər tərəfindən şübhəli qismində saxlanılıb.
Aksiya iştirakçılarının önünə keçən Ərdoğan ona yumurta atandan danışıb: “Onlar baş nazirə yumurta atmaqla əsəblərinin sakitləşəcəyinə inanırlar. Biz bu yola kəfənlə çıxdıq.”
DOSTLARINLA PAYLAŞ: