Rəcəb Tayyip Ərdoğan xərçəngdir?
20 Yanvar 2012 Cümə 15:14
Əli Birand Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ilə səmimi söhbət edib.
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan xərçəng xəstəliyinə tutulub? ANS PRESS xəbər verir ki, son günlər bu xəbər bütün Türkiyə mətbuatını zəbt edib. Kanal D-nin tanınmış aparıcısı Əli Birand Ərdoğanla xüsusi reportaj hazırlayıb. Hökumət başçısının sağlamlığı ilə bağlı spekulyasiyaları xatırladan Birand xərçəng xəstəliyinə toxunub. Lakin R.T.Ərdoğan xərçəngə tutulmadığını və heç bir kimyəvi terapiya keçmədiyini bildirib.
Reportaj zamanı Əli Birand baş nazirin ailə həyatı, işə nə vaxt gedib-gəldiyi haqda da soruşub. Türkiyə hökumət başçısı 13 ildir şəkər xəstəsi olduğunu deyib. Bu xəstəliyə 1998-ci ildən düçar olub.
Ərdoğan bu yaxınlarda əməliyyat olunduğunu da əlavə edib. Əməliyyat zamanı təxminən 1.5 metr olan qalın bağırsağının 20-25 sm-i kəsilib atılıb.
DOSTLARINLA PAYLAŞ: