Rəcəb Tayyip Ərdoğan siyasətdən gedəcək
05 Mart 2014 Çərşənbə 14:56
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan siyasətdən getməyinin şərtlərini açıqladı.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hansı şərtlər daxilində siyasətdən gedə biləyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, baş nazir Rəcəb Tayyip Ərdoğan mart ayında ölkədə keçiriləcək seçkilər zamanı təmsil etdiyi partiyanın qələbə çalmayacağı təqdirdə siyasətdən gedəcəyini açıqlayıb: “Əgər partiyam 30 martda keçiriləcək seçkilər zamanı qələbə çalmasa siyasətdən uzaqlaşacam. Digər partiya rəhbərləri də bunu etməyə hazırdılarmı? Onlar da mənim kimi deyə bilməzlər. Onlar oturduqları kürsünü qorumağı hədəfləyiblər.”


DOSTLARINLA PAYLAŞ:

oyunlar