Rəcəb Tayyip Ərdoğan müxalifəti sərt tənqid etdi
08 Oktyabr 2013 Çərşənbə Axşamı 15:48
Baş nazir Rəcəb Tayyip Ərdoğan: "Ölkə müxalifəti sağlam düşüncəyə zidd olan köhnə çağırışlarla çıxış edir"
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan müxalifəti sərt tənqid edib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan müxalifəti ölkədə demokratiyaya mane olduğunu bildirib: "Tədbirlər paketinin əleyhinə çıxanlar Türkiyədə demokratiyanın olmasında maraqlı deyillər. Ölkə müxalifəti sağlam düşüncəyə zidd olan köhnə çağırışlarla çıxış edir".
Baş nazirin sözlərinə görə, demokratikləşmə üzrə tədbirlər paketi ölkənin gələcəyinə istiqamətlənib.
DOSTLARINLA PAYLAŞ: