Rəcəb Tayyip Ərdoğan İrana rəsmi səfər edib
29 Yanvar 2014 Çərşənbə 12:45
Rəcəb Tayyip Ərdoğan İrana rəsmi səfər edib. Hava limanında Türkiyənin Tehrandakı səfiri Ümit yardım, İranın Rabitə və İnformasiya Naziri qarşılayıb.
Bu gündən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın İrana rəsmi səfəri başlayır. İran prezideninin birinci müavini İshak Cahangiri-nin dəvəti ilə İrana səfər edən Ərdoğanı hava limanında Türkiyənin Tehrandakı səfiri Ümit yardım, İranın Rabitə və İnformasiya Naziri qarşılayıb.

Hökumət başçısının səfər çərçivəsində iranlı hökümət rəsmiləri, İranın ali dini lideri Ayətulla Əli Xamneyi, prezident Həsən Ruhani və digər hökümət nümayəndələri ilə görüşü planlaşdırılır. Müzakirələrdə ikitərəfli iqtisadi münasibətlər, regional məsələlərə, o cümlədən Suriya vətəndaş müharibəsinə toxunulacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar