Türkiyənin baş naziri Rəcəb TayyipƏrdoğan bu gün Suriyanın paytaxtı Hələbə işgüzar səfərə yola düşəcək. ANS PRESS, Türkiyənin Haberler.com internet saytına istinadən xəbər verir ki, baş naziri səfərdə xarici işlər naziri Əhməd Davutoğlu müşaiyət edəcək.
Səfər çərçivəsidə Suriya prezidenti Bəşər Əsədlə görüşəcək Rəcəb Tayyip Ərdoğanın Suriya və İsrail arasında vasitəçilik missiyasına yenidən başlaması ilə bağlı danışıqlar aparacağı bildirilir. Maraqlıdır ki, baş nazirin Suriyaya səfərinin Türkiyə prezidenti Abdullah Gülün dəvətlisi kimi Ankaraya gələn Fələstin lideri Mahmud Abbasla görüşdən sonra planlaşdırılmasıdır. Rəcəb Tayyip Ərdoğanın Fələstin, Suriya və İsrail arasında son prosesləri də müzakirə edəcəyi nəzərdə tutulur.
Səfər çərçivəsində Türkiyənin baş nazirinə “Fəxri doktor” adının veriləcəyi də gözlənilir. /ANS PRESS/