Rəcəb Tayyip Ərdoğan bu gün Suriyaya gedir
22 Dekabr 2009 Çərşənbə Axşamı 03:15
Rəcəb Tayyip Ərdoğan bu gün Suriyaya gedir. İki ölkə arasında bir sıra saziş və protokolların imzalanması gözlənilir.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyaya ikigünlük səfərə gedir. O axşam saatlarında Dəməşqə çatacaq və Suriyanın baş naziri Məhəmməd Naci Otri ilə görüşəcək. İki hökumt başçısının görüşündən sonra mətbuat konfransının keçirilməsi gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Rəcəb Tayyip Ərdoğan Dəməşqdə keçiriləcək Türkiyə-Suriya yüksək səviyyəli strateji işbirliyi baş nazirlərinin birinci toplantısına qatılacaq. Tədbirdə Türkiyə və Suriya arasında bir sıra saziş və protokolların imzalanması planlaşdırılır. Toplantı çərçivəsində ali təhsil, su, səhiyyə, nəqliyyat və Xarici İşlər nazirlikləri arasında protkollar imzalanmalıdır.
Türkiyənin baş naziri ölkəsi tərəfindən bərpa olunan Süleymaniyyə Külliyyəsini də ziyarət edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: