Rəcəb Tayyib Ərdoğanın Tunisə səfəri başladı
15 Sentyabr 2011 Cümə Axşamı 04:51
Türkiyənin hökumət başçısı Tunisdən Liviyaya yollanacaq
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Tunisə səfəri başlayıb. ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hökumət başçısı Tunisə Misirdən yollanıb. O, Qahirədə Misirin faktiki rəhbəri, marşal Məhəmməd Tantavi, baş nazir İsam Şərif, Ərəb Ölkələri Liqasının baş katibi Nabil əl-Ərəbi və Fələstin dövlətinin lideri Mahmud Abbasla görüşüb.
Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində ölkənin vitse-prezidenti və baş naziri ilə danışıqlar aparacaq.
Bu gün Türkiyənin baş naziri Liviyaya yola düşəcək. O, Tripolidə Milli Keçid Şurasının başçısı Mustafa Abdel Cəlillə görüşəcək.
DOSTLARINLA PAYLAŞ: